Menu
- Ana səhifə
- İdman
- Xəbərlər
- Bizimlə əlaqə
- Atalar sözü
- Bunları bilmək maraqlıdır
- Ədəbiyyat
- Şairlər
- Hekayələr
- Insalar
- Lətifələr
- Nagıllar
- Şeirlər
- Sual-cavab
- Tapmacalar
- Qəhrəmanlar
- Xalq mahnıları
- Yazıçılar
Nə Yaxşı ki..
Nə Yaxşı ki..
Göydə bulud sıxlaşanda
Yerde insan-insan ilə toqquşanda
Ac torpağa saf günahsız cocuq qanı töküləndə
Lalıxlamış şüarlar yerbeyerden söküləndə
İkiüzlü natiqlərə heç kəs qulaq asmayanda
Dəyənəklə tüfənglə də Gəncə Bakı susmayanda
Sumqayıtın vitrinləri çilik-çilik çilənəndə
Vicdan nədir bilməyənlər vicdan ürək dilənəndə
Od püskürən ağızları heç kəs yuma bilməyəndə
Həftələrlə yuxusuzlar bircə ağız gülməyəndə
Ağ bayraqlar kəməndinə düşən zaman Şuşa bəndə
Ağdam yalın əllərini yumruqlayıb döyüşəndə
Bir səs qopdu ürəyimdən – Nə yaxşı ki Türkiyə var
Hər sal daşı qayası da dəmirləşən böyük diyar
Nə yaxşı ki bu dünyada İstanbul var Ankara var
Nə yaxşı ki köksümüzün turk adlanan səngəri var
Nə yaxşı ki Azərbaycan türkləri var
Nə yaxşı ki Özbəkistan turkləri var
Nə yaxşı ki Türkmənistan Qazaxıstan türkləri var
Qırğızıstan Tatarıstan Başqırdstan türkləri var
Nə yaxşı ki Altay Sibir Uyğurustan türkləri var
Pərən-pərən edilsə də
Adı dəyişdirilsə də ruhu qanı dəyişməyən Bolqarıstan türkləri var
Dayağımdır varlığımdır bayrağımdır türklüyümüz
Cəsur ağüz türklüyümüz
Əməli düz ürəyi düz türklüyümüz
Nə yaxşı ki Alpamış var Koroğlu var
Şərq də qərb də mənəm deyən türk oğlu var

Ən çox oxunan
Kalendar
| Be | Ça | Ç | Ca | C | Ş | B |
|---|---|---|---|---|---|---|